Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68082.990$

Böyük Dəbilqədə 2-ci gün: Azərbaycan cüdoçuları medalsız qalıblar

Böyük Dəbilqədə 2-ci gün: Azərbaycan cüdoçuları medalsız qalıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqənin ikinci günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçuları medalsız qalıblar.

"Report"un məlumatına görə, 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev yarışla vidalaşıb.

Məmmədəliyev təsnifatda gürcüstanlı Mixeili Baxbaxaşvilini, 1/16 finalda sloveniyalı Natse Herkoviçi üstələsə də, növbəti raundda ispaniyalı Salvador Kases Rokaya uduzub.

Mirzəyev ardıcıl olaraq italiyalı Eduardo Mella və Giorgi Teraşvili ilə duellərdən qalib ayrılıb, 1/8 finalda isə ermənistanlı Ferdinand Karapetyanla bacarmayıb.

Orucov startda gürcüstan təmsilçisi Zaur Dvalaşviliyə məğlub olaraq, Böyük Dəbilqədə mübarizəni dayandırıb.

Hacıyev isə ilk görüşündə portuqaliyalı Anri Equtidzeni yensə də, ardınca fransalı Arne Areqbaya uduzub.

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!