Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68266.110$

İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb

İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda törətmək istədikləri mümkün təxribatın yeni detalları üzə çıxıb.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbərinin sözlərinə görə, ermənilər matçda açmaq üçün yeni bannerlər hazırlayıblar: "Bu informasiya ilk gündən bizə ötürülüb. Məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmişik, indiyədək onlarla əlaqə saxlayırıq. Sizə göndərdiyim foto ermənilərin hazırladığı son bannerdir. Stadionda qanunsuz aksiya keçirmək istəyirlər. Təbii ki, Konqres üzvləri olaraq buna qarşı çıxacaq, həmin plakatların açılmamasına çalışacağıq. Çünki bu cür hallar İsveç qanunlarına ziddir. Stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları ola bilər".

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!