Bakü
19 iyun, 2024, çərşənbə
  • DOLAR
    32.52
  • EURO
    34.99
  • ALTIN
    2431.4
  • BIST
    10471.32
  • BTC
    65005.22$

Azərbaycan hökuməti əhaliyə yanlış məlumat verib

Azərbaycan hökuməti əhaliyə yanlış məlumat verib

"Azərbaycan hökuməti illərdir deyir ki, məmləkətdə qeyri-neft sektoru sıçrayışla inkişaf edir, ÜDM-də, xarici ticarətdə payı artır. Biz isə cavab verirdik ki, hökumət sadəcə, təsnifatı dəyişib və ümumiyyətlə, neft-qeyri neft sektoru anlayışı yanlışdı, Rusiyanın icadıdı, normalda resurs-qeyri resurs anlayışları olmalıdır".

Reyting.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 594 milyon 139 min dollarlıq qeyri-neft məhsulu ixrac edib.

N. Cəfərli bildirib ki, ən çox ixrac olunan qeyri-neft məhsulu elektrik enerjisidir:

“227 mln. 224 min dollarlıq elektrik enerjisi satılıb, onu da “qeyri-neft” kimi təsnifata salaraq fəxrlə yayıblar.

Rəsmi məlumatlara görə, qeyri-neft ixracının tam 38,24 faizi məhz elektrik enerjisidir! Bunun nəyi qeyri-neft sektoru oldu ki?! Biz enerjini əsasən mazut və qazdan istehsal edirik, bu da resurs iqtisadiyyatına aid edilməlidir".

İqtisadçı diqqətə çatdırıb ki, aqrar sektorun iki ayda ixracı cəmi 79 milyon 850 min dollardır: "Başqa sözlə, aya ortalama cəmi 40 milyon dollardan az kənd təsərrüfatı məhsulları ixrac edirik. Bax, belə iqtisadi siyasətimiz var və məlum olur ki, bizdə qeyri-neft sektoru elektik enerjisi sektoru imiş".

ELÇİN

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!