Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68125.059$

Bakı ilə Əl-Küveyt arasında birbaşa aviareyslər olacaq

Bakı ilə Əl-Küveyt arasında birbaşa aviareyslər olacaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.(Report)

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!