Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    69026.056$

Ukraynaya 14-cü hərbi yardım paketi təsdiqlənib

Ukraynaya 14-cü hərbi yardım paketi təsdiqlənib

Finlandiya prezidenti Sauli Niinistö Ukraynaya üç “Leopard 2” tankının da daxil olduğu 14-cü hərbi yardım paketini təsdiqləyib. Reyting.az-ın xəbərinə görə, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, prezidentin təsdiqlədiyi 14-cü hərbi yardım paketinə üç “Leopard 2” tankı da daxildir.

Məlumata görə, Finlandiya Ukraynaya “Leopard 2” tankına əsaslanan üç zirehli minadan təmizləmə maşını (BMR) da verir. Bundan başqa, yardım paketinə ağır silahlar və sursatlar da daxildir. Paketin ümumi dəyəri 161 milyon avro qiymətləndirilir.

ELÇİN

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!