Bakü
19 iyun, 2024, çərşənbə
  • DOLAR
    32.54
  • EURO
    35.02
  • ALTIN
    2437.6
  • BIST
    10471.32
  • BTC
    65089.08$

Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

“ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə etirazları maliyyələşdirir”.

The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu paylaşdığı bir sıra tvit və retvitlərində bildirib.

Onun paylaşdığı tvitlərdən birində İsraildə keçirilən məhkəmə islahatlarına qarşı etirazların arxasında amerikalıların dayandığı deyilir. Bu, tvitə görə, iranlılarla razılığa gəlmək üçün Baş nazirə təzyiq göstərilir.

“ABŞ Dövlət Departamenti İsraildə Netanyahunu devirmək üçün keçirilən etirazların arxasında, görünür, iranlılarla razılığa gəlmək üçün dayanır”.

Xatırladaq ki, Benyamin Netanyahu hökuməti məhkəmələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün islahatlar aparmaq niyyətindədir.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!