Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68082.990$

Polşa Ukraynaya 2 milyard avroluq silah verib

Polşa Ukraynaya 2 milyard avroluq silah verib

Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənədlərini Avropa Birliyinə təhvil verib.

Bunu “RMF” radiosuna müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetski deyib.

“Biz 2 milyardlıq hesabatları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik”, - o deyib.

Polşa Ukrayna Silahlı Qüvvələrinə “MiQ-29” təyyarələri, “T-72” tankları və 14 ədəd “Leopard 2” tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşına bilən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları verib.

Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro həcmində qiymətləndirib.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!