Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68082.990$

Almaniya ilə Fransa arasında gərginlik artır

Almaniya ilə Fransa arasında gərginlik artır

Daxili yanma mühərriki və nüvə enerjisi ilə işləyən avtomobillərin qadağan edilməsi məsələsində yaranmış fikir ayrılığı Almaniya və Fransa arasında münaqişəyə çevrilir.

Reyting.az
 “Politico” nəşrinə istinadla bildirir ki, martın 24-də Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü keçiriləcək və toplantıda ölkələr təşkilatın iqtisadi rəqabət qabiliyyəti və Ukraynaya dəstəyi müzakirə edəcəklər. Lakin Almaniya və Fransa arasında yaranmış münaqişə toplantını poza bilər.

Onu da qeyd edək ki, bundan əvvəl Almaniya İtaliya da daxil olmaqla bir sıra müttəfiqləri ilə birlikdə Avropa İttifaqının 2035-ci ilə qədər adi mühərrikli avtomobillərin satışına qadağa qoyulması qərarını əngəlləmiş və mədən yanacaqlarına sintetik alternativin xaric edilməsini müdafiə etmişdi. Fransa nüvə enerjisinin Aİ-nin "təmiz" texnologiyalar siyahısına daxil edilməsini istədiyi üçün bu qərarı tənqid edib, Berlin isə bunu pisləyib.

ELÇİN

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!