Bakü
19 iyun, 2024, çərşənbə
  • DOLAR
    32.52
  • EURO
    34.98
  • ALTIN
    2432.6
  • BIST
    10471.32
  • BTC
    65124.41$

ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin təşəbbüsü ilə Novruz bayramı qeyd olunub - YENİLƏNİB

ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin təşəbbüsü ilə Novruz bayramı qeyd olunub - YENİLƏNİB

ABŞ Dövlət Departamentində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinin təşəbbüsü, eləcə də diplomatik korpusumuzun Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirlikləri və "Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları" ilə birgə təşkilatçılığı ilə baş tutub.

ABŞ-ın Amerika Universitetinin hüquq elmləri üzrə elmi işçisi, doktorant Şəlalə Vəliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən dövlət katibinin müavini Vendi Şerman Prezident Cozef Baydenin türk dünyasına Novruz bayramı münasibəti ilə təbrik mesajını çatdırıb. O, Amerika adından bütün dünyada bayramı qeyd edən xalqları təbrik edərək, Novruzun yeni imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. Həmçinin yeni ilin dünyamıza sülh və əminamanlıq gətirməsini diləyib.

ABŞ müdafiə nazirinin köməkçisinin müavini Rebekka Zimmerman da öz növbəsində qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. O, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinin regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsindəki töhfələrini yüksək qiymətləndirdiyini deyib. R.Zimmerman indi dünyamızın hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu xüsusi vurğulayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Anjali Kaur Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirib və Birləşmiş Ştatların bu qədim tarixi olan bayramı keçirən ölkələrə ev sahibliyi etməsindən məmnunluğunu dilə gətirib. O, Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi ülvi duyğuları özündə birləşdirdiyini deyib.

Çıxışlardan sonra Qazaxıstanın "Turan" ansamblı tərəfindən milli musiqi nümunələri ifa olunub.

Bununla yanaşı, tədbirdə ABŞ-ın "İpək Yolu Rəqs Qrupu" tərəfindən təşkilatçı ölkələrə məxsus milli rəqslər nümayiş etdirilib.

Tədbir zamanı, ölkəmizin Novruz adət-ənənələrinin nümayiş olunduğu guşədə milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olunub.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!