Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68266.110$

Gülyaz Məmmədova: “Heydər Əliyevin rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu”

Gülyaz Məmmədova: “Heydər Əliyevin rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu”

“Hər dəfə konsert proqramlarında kürsüdən Heydər Əliyevin çıxışını dinləyərkən onun incəsənətə nə qədər yaxın olduğunu hər birimiz hiss edirdik”.

Bunu “Report”a müsahibəsində Xalq artisti, xanəndə Gülyaz Məmmədova deyib.

O vurğulayıb ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinin dostu idi:

“Mən incəsənət ailəsinin üzvü olduğum üçün bunu rahatlıqla deyə bilirəm. Onun bizlərlə rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu. Konsertlərə gələndə səhnədə kimlərin çıxış edəcəyi, hətta hansı əsərləri səsləndirəcəyi barədə dəqiq məlumatlı olardı”.

Xalq artistinin sözlərinə görə, 1997-ci ildə Gülyanaqla Azərbaycan Televiziyasında qonaq olduqları zaman “Heyratı” muğamını səsləndiriblər:

“Bu çıxışımızdan qısa müddət sonra bizə dövlət tədbirində çıxış etmək üçün dəvət gəldi. Xeyli təəccübləndik, lakin bunun necə baş verdiyini heç birimiz başa düşməmişdik. Məsələni maraqlanıb öyrəndik ki, cənab Prezident bizim televiziyada səsləndirdiyimiz muğamı eşidib və bəyənib. Deyib ki, o “Heyratı” muğamını səsləndirən bacıları da tədbirə dəvət edin.

Bu hadisə Heydər Əliyevin incəsənətə diqqətinin sadəcə kiçik bir nümunəsidir. Heç bir zaman yeni gördüyü sima, istedad onun diqqətindən yayına bilməzdi. Elə ondan sonra tez-tez dövlət tədbirlərində iştirak edirdik”.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!