Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    68266.110$

Avropada Azərbaycan mətbəxi nümayiş olunub

Avropada Azərbaycan mətbəxi nümayiş olunub

Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub.

Şərqi Avropa bürosunun məlumatına görə, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.

Şura sədri Fərid Cəfərov bildirib ki, kulinar sərgidə polyaklar ilə yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıblar. Martın 20-dan başlayan sərgi iki gün müddətində Polşanın bir neçə şəhərində davam edib.

Fərid Cəfərovun sözlərinə görə, sərgidə Şura üzvləri qonaqlara Azərbaycanın mədəni tarixinin müxtəlif nümunələri barədə məlumatlar veriblər, broşürlər paylayıblar.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!