Bakü
19 iyun, 2024, çərşənbə
  • DOLAR
    32.52
  • EURO
    34.99
  • ALTIN
    2435.3
  • BIST
    10471.32
  • BTC
    65122.79$

Azərbaycanda türkçülüklə bağlı tədbir keçiriləcək

Azərbaycanda türkçülüklə bağlı tədbir keçiriləcək

"Azərbaycanda türkçülük mövzusunda sistemli elmi-nəzəri araşdırmaların aparılmaması üzündən düşüncə həyatımızda böyük bir boşluq mövcuddur. Bu boşluğu doldurmaq, indiki qarışıqlıq və qaranlığı aydınlatmaq üçün Türkçü Düşüncə Birliyi, bu ilin iyun ayında Birinci Türkçülük Çalışmaları Proqramı həyata keçirməyi planlaşdırır". 

Bunu “Reytinq” qəzetinə professor Nəsib Nəsibli deyib. 

Onun sözlərinə görə, məqsəd Azərbaycanda türk millətinin problemlərini ortaya çıxartmaq, həlli yollarını milli gündəmə daşımaq və həll etməkdir. 

N. Nəsibli qeyd edib ki, türkçülük çalışmaları üçün ilk üstünlük verilən mövzular bunlardır:

- Azərbaycanda Türk millətinin əsas problemləri; 

Tək etnonim məsələsinin önəmi; 

Millət, milliyyət, etnik azlıq anlayışları;

- Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün vacib olanlar;

- Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;

- Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; 

Tarixi qəhrəman anlayışının parametrləri və bu siyahıda yer alacaq həqiqi qəhrəmanlarımız;

- Milli günlərimiz, simvollarımız mövzusunun önəmi və bu sahədəki əskiklərimiz;

- Türkçülük-çağdaşçılıq münasibətləri;

- Türkçülüyün İslama münasibəti;

- Turançılığın mahiyyəti; 

- Türk dünyasında bütünləşmənin problemləri və gələcəyi. 

Professor əlavə edib ki, bu mövzular barədə düşüncəyə sahib olan şəxslər proqrama qatıla bilərlər. Konfransda məruzə müddəti ən çoxu 15 dəqiqə, məqalə həcmi isə 5 səhifədir. Redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra məqalələr kitab halına salınacaqdır. Çap olunacaq məqalələrlə bağlı tələblər daha sonra bildiriləcəkdir.

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!