Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    67932.717$

Natiq Cəfərli: “Çox həssas durum yaranıb”


Natiq Cəfərli: “Çox həssas durum yaranıb”


Ermənilər anlamırmı ki, səngər qazmaqla Qarabağın kiçik bir ərazisində Azərbaycan Ordusunun həmlələrinə 24 saatdan artıq dözə bilməzlər? Yəqin ki, əlimizdə olan müasir silahları nəzərə alsaq, heç əsgərə də ehtiyac qalmadan başlarına od ələnəcəyini yaxşı bilirlər. Yaxşı, bunları bilirlərsə, niyə hər gün təxribatla məşğuldurlar və məqsədləri nədir? 

“Reytinq” qəzeti bildirir ki, bu suallara REAL Partiyasının sədr müavini Natiq Cəfərli cavab verib. 

N. Cəfərlinin sözlərinə görə, ermənilərin fikir babası, arxas olan Kremldən aldıqları tapşırıq, davranış qaydaları budur ki, Azərbaycan Ordusunun səbr kasası dolsun, müəyyən lokal əməliyyatlar başlasın: "Bu zaman da rus-erməni xisləti işə düşüb daxildə, Xankəndi ətrafındakı erməni kəndlərində bizim əsgər formasını geyinərək dinc erməni sakinləri qətlə yetirsinlər, kiçik qətliam törədib, sonradan ən yaxşı bacardıqları işi- kampaniyanı həyassızcasına işə salsınlar. Beləcə, Azərbaycanın imicinə böyük ləkə vursunlar”. 

N. Cəfərlinin fikrincə, bu məsələni daim diqqətdə saxlamalıyıq, Rusiyanın ən yaxşı bacardığı işlərdən biri insanların, hətta öz xalqının həyatını heçə sayıb təxribatlar törətməkdir: “Kreml ikinci Çeçenistan müharibəsini başlamaq üçün Moskvada çoxmərtəbəli binaları partlatmaqdan belə çəkinmədi. Çox həssas durum yaranıb, tam haqlı olduğumuz yerdə haqsız duruma düşə bilərik. Azərbaycan olaraq kəskin şəkildə öz mövqeyimizi, Konstitusiyamızı qorumaqla yanaşı, diqqətli, tədbirli, ağıllı davranmağa məcburuq".


 

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!