Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    67944.940$

Nüvə təhdidi ilə bağlı BMT-yə müraciət edilib: “Təcili iclas çağırın!”

Nüvə təhdidi ilə bağlı BMT-yə müraciət edilib: “Təcili iclas çağırın!”

Ukrayna BMT Təhlükəsizlik Şurasının dərhal növbədənkənar iclasının çağırılmasını tələb edir. Buna səbəb Rusiya Federasiyasının Belarusda taktiki nüvə silahları yerləşdirmək istəyidir. “Reytinq” qəzeti xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

XİN bəyan edir ki, Rusiya Federasiyasının Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı son bəyanatları Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin əsaslarını, nüvə tərksilahının arxitekturasını və beynəlxalq müdafiə sistemini pozur, bütövlükdə təhlükəsizliyə zərbə vurur.

Qeyd olunur ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərə zidd olaraq Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyəti bu ölkəni Kremlin daha çox girovuna çevirəcək və onun üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. 

XİN-nin bəyanatında deyilir ki, belə niyyətlər dünya ictimaiyyətində xüsusi narahatlıq yaratmaya bilməz, çünki Rusiya bunu Ukraynaya qarşı əsassız təcavüzkar müharibənin davam etməsi kontekstində elan edir. 

Ukrayna XİN G7-yə daxil olan dövlətləri və Avropa İttifaqını “Belarus hakimiyyətini Rusiyadan öz ərazisində taktiki nüvə silahı qəbul etməyə razılıq verərsə, onun üçün çox böyük nəticələri barədə xəbərdar etməyə” də çağırır.

Bundan əlavə, Ukrayna Böyük Britaniya, Çin, ABŞ və Fransanın Kremlin nüvə şantajına təsirli cavabını gözləyir və Təhlükəsizlik Şurasının bu məqsədlə təcili növbədənkənar iclasının çağırılmasını tələb edir.

Ukrayna həmçinin belarusları öz ölkələrinin ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsinin qarşısını almağa çağırır

E. KAMAL
 

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!