Bakü
27 iyul, 2024, şənbə
  • DOLAR
    32.99
  • EURO
    35.81
  • ALTIN
    2529.0
  • BIST
    10891.42
  • BTC
    67944.940$

Ukraynada döyüşlər: helikopter və 6 PUA vurulub

Ukraynada döyüşlər: helikopter və 6 PUA vurulub

Ukrayna hərbçiləri Rusiyanın Mi-24 helikopterini və müxtəlif tipli altı pilotsuz təyyarəsini (PUA) vurub. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, son sutka ərzində Ukrayna aviasiyası Rusiya hərbçilərinin cəmləşdiyi ərazilərə 17 zərbə endirib.

Bu arada Ukraynanın raket və artilleriya bölmələri iki komanda məntəqəsini, Rusiya hərbçilərinin cəmləşdiyi dörd ərazini, iki zenit-raket kompleksini, bir sursat anbarını, atəş mövqeyində olan artilleriya bölməsini və iki elektron döyüş məntəqəsini vurub.

Qərargahın məlumatına görə, son sutka ərzində ruslar Ukrayna ərazisinə 50 hava və 11 raket zərbəsi endirib. Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinin mülki infrastrukturuna çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 75 dəfə atəş açılıb, dinc sakinlər həlak olub.

E. KAMAL
Reyting.az

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!